!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İraq və Suriyadan gətirilən Azərbaycan vətəndaşlarının sayı

Reklam: High Technic

İraq və Suriyadan gətirilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair məlumatında deyilir.

Qeyd olunur ki, İraq Respublikası və Suriya Ərəb Respublikasının qaçqın düşərgələri və həbsxanalarında saxlanılan 81 nəfər (69-u uşaq və 12-si qadın olmaqla) Azərbaycan Respublikası vətəndaşı repatriasiyası edilib.

“Həmçinin, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar, ölkə rəhbərliyinin müvafiq tapşırıq və qərarlarından irəli gələrək, 2021-ci il ərzində xarici ölkələrdən Azərbaycan Respublikası vətəndaşlarının təxliyəsi prosesinin təşkili, ölkəmizə giriş-çıxışla bağlı vətəndaşlarımızın qarşılaşdıqları çətinliklərin müəyyən edilməsi və bu sahədə daxil olmuş müraciətlərə baxılması üzrə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Operativ Qərargah Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx əməkdaşlıq şəraitində öz fəaliyyətini uğurla davam etdirib.

İl ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində həyata keçirilən vətəndaş qəbulu zamanı yuxarıda sözügedən məqsədlərlə 80 mindən çox müraciəti qəbul edilmiş, sözügedən sahəni tənzimləyən qanunvericiliyə müvafiq olaraq həmin şəxslərin müraciətlərinə baxılmış, gündəlik əsasda xüsusi yaradılmış qaynar xətlərə daxil olan çoxsaylı zənglər cavablandırılmış, mümkün konsulluq və hüquqi yardım edilmiş, ölkəyə giriş-çıxışla bağlı zəruri informasiya verilmiş və müvafiq sənədlər sonrakı baxılma üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilmişdir. Həmçinin, Rusiya Federasiyasının Dağıstan Respublikasından vətəndaşlarımızın yerüstü sərhəd-keçid buraxılış məntəqəsi üzərindən (Yaraq Qazmalar-Samur) 2020-ci il aprel ayından başlayaraq mütəmadi əsasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən müəyyən olunmuş prosedura uyğun ölkəmizə təxliyəsi cari ildə də həyata keçirilib. 2021-ci il ərzində 4217 nəfərin sərhəd keçidi təmin edilib”, – məlumatda deyilir.

www.yenicag.az

125
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100