İraq xarici qoşunların ölkədən çıxarılması üçün mexanizm hazırlayır

İraq hökuməti xarici qoşunların ölkədən çıxarılması üçün mexanizm hazırlamağa başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bağdadda keçirilən mətbuat konfransında İraq Silahlı Qüvvələrinin Baş Komandanının nümayəndəsi Abdel Kərim Xalf bildirib.

“İraq hökuməti ABŞ qoşunlarının ölkədən çıxarılmasına hazırlaşır. Beynəlxalq koalisiyanın İraqdakı fəaliyyəti yalnız məsləhətləşmələr, silahlanmalar və hərbçilərin hazırlığı ilə məhdudlaşacaq, silahlı qüvvələr isə İraqı tərk edəcək… ABŞ-ın son zərbələri axmaqlıqdır, buna səssiz qalmaq olmaz”, – A.K.Xalf deyib.

O, İraq hökumətinin beynəlxalq koalisiya qüvvələrinin yerüstü və hava hərəkətini məhdudlaşdırdığını və onlara harasa hərəkət etməyə icazə verməyəcəyini vurğulayıb.

Onun sözlərinə görə, amerikalılar İraq Silahlı Qüvvələrin ümumi komandanlığını xəbərdar etmədən əməliyyatları təkbaşına həyata keçiriblər./Report/

COP29