İraq XİN-in BƏYANATI: “İranın Ərbilə təcavüzünü qətiyyətlə pisləyirik” – FOTO

“İranın Ərbilə təcavüzünü qətiyyətlə pisləyirik”. 

Yenicag.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik İranın ABŞ-nin İraqdakı Konsulluğuna və Bazalarına hücumunu pisləyib.

“İraq SEPAH-ın İraq Kürdüstanını atəşə tutmasından sonra BMT Təhlükəsizlik Şurasına şikayət də daxil olmaqla hüquqi tədbirlər görəcək”, – İraq Xarici İşlər Nazirliyindən bildirilib.

Xəbər verdiyimiz kimi, ötən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusu İraq Kürdüstanının paytaxtı Ərbildə Amerika konsulluğuna və səfirliyin yaxınlığındakı 8 obyektə hücum edib.

Məlumata görə, onlar ballistik raket hücumları nəticəsində məhv edilib.

Bundan əlavə, Harirdəki Amerika aviabazasına və Ərbil beynəlxalq hava limanına da zərbələr endirilib.

Şəhərdə baş verən partlayışlardan sonra Ərbil hava limanının uçuşları dayandırdığı bildirilir.

Hücumu İran öz üzərinə götürüb. İslam İnqilabı Keşikçiləri Korpusu “Kirmandakı terror aktına cavab olaraq anti-İran casus-terror qruplaşmasının qərargahının məhv edildiyini” elan edib.

Xuraman Etibarlı

 

COP29