İraqda hökumət tab gətirmir – Əbdülmehdi də istefaya gedir

İraq baş naziri Adil Əbdülmehdi istefa verəcəyini elan edib.

Yenicag.az xəbər verir ki, cümə günü ölkənin ən nüfuzlu din xadimi Ayətullah Əli Sistaninin çağırışından sonra çıxış edan baş nazir istefasını məclisə təqdim edəcəyini bildirib.

Sistaninin təmsilçisi Əhməd əs-Safi bildirib ki, hökuməti seçən parlament seçimlərini yenidən nəzərdən keçirib, İraqın maraqları tələb edəni etməlidir. İraq xalqı üzərində böyük nüfuza malik din adamının bu çağırışı baş nazir üçün ciddi siqnal olub. Gecə saatlarında Adil Əbdülmehdi istefa verəcəyini bəyan edib, amma o təqvim qeyd etməyib.

Baş nazirin bu açıqlaması isə Təhrir meydanında sevinclə qarşılanıb.

İraqda oktyabrın 1-dən başlayan etirazlarda ölənlərin sayı 400 nəfəri keçib. Xüsusən də son iki gündə 40-dan çox insan aksiyalar zamanı polislə toqquşmalarda öldürülüb.

COP29