Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İraqda 4 min cəsədin basdırıldığı kütləvi məzarlıq aşkar olunub

İraqın Mosul şəhəri yaxınlığında təqribən 4 min cəsədin basdırıldığı kütləvi məzarlıq aşkar edilib.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Telegraph” nəşri məlumat yayıb.

Qəzet yazır ki, böyük çala Mosul ilə İraqın paytaxtı Bağdadı birləşdirən yol yaxınlığındakı Hasfa rayonundadır.
İŞİD terrorçuları 2014-cü ildə əsir götürdükləri İraq hərbçi və polislərini qətlə yetirərək bu çalada basdırıblar. Yerli sakinlərin sözlərinə görə, sözügedən qətllər İŞİD 2014-cü ilin yayında Mosulu ələ keçirdikdən 6 ay sonra baş verib.
Şahidlərin məlumatına görə, qurbanların əksəriyyəti güllələnib. Çalanın dərinliyi isə 400 metrdən çoxdur.

Yeniçağ.Az

www.yenicag.az

464