İraqda ard-arda 2 terror: 4 nəfər öldü, 10 nəfər yaralandı

İraqın Salah-əd-Din vilayətində terror aktları baş verib.

Yenicag.az xəbər verir ki, törədilən iki hücum nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hücumlar səhər saatlarında baş verib. Yaralananlar arasında polis əməkdaşları da var.