İraqda koronavirusa yoluxanların sayı 16 min nəfəri ötdü

İraqda ötən sutka ərzində yeni növ koronavirusa daha 1 261 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasə, ölkədə koronavirusa yoluxanların sayı 16 675 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində koronavirusdan 31 nəfər ölüb, ölənlərin ümumi sayı 457 nəfər təşkil edir.

Qeyd edilir ki, koronavirusa yoluxanlardan 6 568 nəfəri sağalaraq evə buraxılıb.

İraqda koronavirusla bağlı 339 868 test aparılıb.