İraqda məscid partladıldı

İraqın şimalında yerləşən Salah-əd-Din bölgəsində gecə saatlarında məscid partladılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, məscidin binası ciddi zərər görsə də, ölən və yaralıların olmadığı bildirilir. Hazırda hadisə ilə bağlı polis araşdırma aparır. Yerli KİV-rin yazdığına görə, partlayışı İŞİD törədib.

 

Xatırladaq ki, 2014-cü ildə İŞİD militanları tərəfindən ölkənin bir hissəsi ələ keçirilib, Mosul “xilafət”in paytaxtı elan olunub. Lakin, 2015-ci ildə İraq hökuməti beynəlxalq koalisiyanın yardımı ilə əməliyyata başlayıb və bir neçə rayonu terrorçulardan azad edib. 2017-ci ilin dekabrnda İraqın baş naziri Heydər Əl-Abadi İŞİD üzərində qələbə çalındığıı vurğulayıb.