İraqda partlayış: 17 ölü, 60 yaralı

İraqın paytaxtı Bağdadda terror aktı törədilib.

Partlayış nəticəsində 17 nəfər ölüb, 60 nəfər yaralanıb.

Məlumata əsasən terrorçu-kamikadze nəzarət-keçid məntəqəsində yük maşınına quraşdırılan partlayıcı qurğunu işə salıb.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Yeniçağ.az