İraqda partlayış: 3 nəfər öldü, 10 nəfər yaralandı

İraqın şimalındakı Tikrit şəhərində partlayış baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Daha 10 nəfərin xəsarət aldığı bildirilib.

Hadisə avtomobilə quraşdırılmış partlayıcının işə salınması nəticəsində yaşanıb.

Partlayışla bağlı məsuliyyəti hələki heç bir qruplaşma öz üzərinə götürməyib.