!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İraqda qanlı etirazlar: 6 nəfər öldü, bütün sosial media şəbəkələri əngəlləndi - FOTO/VİDEO

!Reklam – Yazi

İraqda hökumət əleyhinə kütləvi etirazlardan sonra bütün sosial media şəbəkələri əngəllənib. 

Yenicag.az xəbər verir ki, hazırki ana qədər artıq 6 nəfərin öldüyü barədə məlumatlar yayılıb.

İraqda rüşvətxorluq, sosial sahədə özbaşnalıq, qanun pozuntuları və işsizlik kimi problemlərin həll edilməsi tələbi ilə təşkil edilən aksiyalar ikinci günündə davam edir. Etirazlar geniş vüsət aldığından hökumət sosial mediadan – “Twitter”, “Facebook”, “Instagram” və “Whatsapp”dan istifadəni əngəlləyib.

Etirazların əsas hissəsi paytaxt Bağdad və ona yaxın bölgələrdə davam edir. Təhlükəsizlik orqanları çıxışları önləmək üçün artıq atəş açmağa başlayıb. Dünən Bağdadda dinc əhaliyə atş açılması nticəsində 3 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.

Etirazçılar təkərlər yandıraraq giriş-çıxış yollarını bağlamağa davam edir.

Həşim Səhrablı

www.yenicag.az

1136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv