İraqda terror – 7 ölü

İraqda qanlı terror hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, üzərinə bomba bağlamış şəxs Əl-Sədr bölgəsində yerləşən bazarların birində özünü partladıb.

Hadisə nəticəsində 7 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Terror aktıyla bağlı məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.