İraqda terrorçu-kamikadzenin törətdiyi partlayışda azı 8 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Bağdaddan 50 km şimalda yerləşən Tarmiya kəndində keçirilən dəfn mərasimində baş verib.
Hələlik ölkədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.