İraqın paytaxtı Bağdadda və onun ətraf qəsəbələrində törədilən partlayışlar nəticəsində ən azı 11 nəfər ölüb, 34 nəfər yaralanıb.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilir.
Məlumata görə, bombalar Suveyb və Nəhrəvan rayonlarında partladılıb.
Terror aktlarına görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Yeniçağ.Az