Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İraqda toqquşma – 11 ölü, 71 yaralı

İraqın cənubundakı Nəcəf əyalətinin eyniadlı şəhərində nümayişçilərlə nüfuzlu şiə siyasətçisi və dini lider Müqtəda əs-Sədrin tərəfdarları arasında toqquşmalar olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, İraqda 2019-cu ilin oktyabrından davam edən etirazların gedişatında nümayişçilər hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasını, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Ölkə prezidentinin sözlərinə görə, toqquşmalar və qarışıqlıqlarla müşayiət edilən etiraz aksiyaları nəticəsində 600-dən çox insan həlak olub, təxminən 50 min nəfər xəsarət alıb. Bu, 2003-cü ildə sabiq dövlət başçısı Səddam Hüseynin devrilməsindən İraqda ən genişmiqyaslı etiraz aksiyalarıdır.

Nəcəfdəki hadisələrin qurbanlarının sayı 11-ə çatdığı bildirilir. Bundan əlavə, mənbə əlavə edib ki, şəhərin xəstəxanalarına 71 yaralı çatdırılıb.

Daha əvvəl toqquşmalar zamanı 85 nəfərin xəsarət aldığı bildirilirdi.

 

www.yenicag.az

264
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100