İraqda xüsusi əməliyyat – Türkiyə şəhid verdi

Türkiyə ordusunun İraqda keçirdiyi “Pəncə-Kilid” əməliyyatı zonasında terrorçular tərəfindən öncədən quraşdırılmış əldəqayırma partlayıcı qurğu partlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, partlayış nəticəsində Türkiyə ordusunun 1 hərbçisi həlak olub, 3 hərbçi isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alan hərbçilər dərhal xəstəxanaya yerləşdirilib.