İraqda yol qəzasında azı 18 nəfər həlak oldu

Bağdadın şimalında baş verən yol qəzasında əksəriyyəti iranlı zəvvarlar olmaqla azı 18 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) xəstəxanadakı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, cümə günü gecə yarısına az qalmış iki mikroavtobus toqquşub. Ölənlər arasında 14 nəfər İran vətəndaşı var. Daha 15 nəfər yaralanıb.