!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İraqdakı oğurluğun üstü açıldı

!Reklam – Yazi

img1657441Amerikalı əsgərlərin İraqdakı oğurluğunun üstü açıldı
Yenicag.az müsavat-a istinadən bildirir kibildirir ki, Nyu Cersi-dən olan kişi məhkəmədə etiraf edib ki, o, keçmiş İraq diktatoru Səddam Hüseynin ailəsinə məxsus olan silahların satışını təşkil edib. Federal prokuror deyib ki, 58 yaşlı Karlos Manuel Quirola oğurlanmış odlu silahın daşınmasında iştirak etdiyinə görə müqəssir bilinib.

İstintaq müəyyən edib ki, odlu silah Floridadan Nyu Cersiyə alıcı tapıldıqdan sonra Karlos Manuel Quirola tərəfindən aparılıb. O, hələ ötən ilin yayında törətdiyi bu cinayətə görə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Dəyəri 250-350 min dollar arası olan 7 ədəd odlu silah 2012-ci ilin dekabrında müsadirə olunub.

Müsadirə olunan silahlar arasında 357 yarım-avtomat tapança da var. Həmin tapançanın üzərindəki qızıl medalyonun üzərində “QS” yazılıb. Güman edilir ki, bu tapança Səddam Hüseynin oğlu Qusaya məxsusdur. Elə ona görə də üzərində “QS“ yazılmış tapança daha dəyərli sayılıb.

Bu cinayətdə adı keçən 2 nəfər həbs olunub. 4 nəfərlə bağlı isə istintaq araşdırmaları davam edir.

Maraqlıdır ki, “The Associated Press” agentliyi silahların İraqdan nə vaxt və kimlər tərəfindən çıxarılması barədə heç bir məlumat vermir. Böyük ehtimalla həmin silahlar məhz amerikalı hərbçilər tərəfindən oğurluq yolla İraqdan çıxarılıb.

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv