İraq Respublikasının Baş Naziri Mustafa Al-Kazımidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə şəxsən öz adımdan, İraq hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Bu fürsətdən istifadə edərək, iki dost ölkə və xalq arasında əməkdaşlıq və dərin dostluq əlaqələri olduğunu vurğulayır, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan hökumətinə və xalqına tərəqqi və rifah arzulayıram”.