Türkiyə və İraqın baş nazirləri 25 oktyabrda Ankarada görüşəcək.
Yenicag.az xəbər verir ki, Binəli Yıldırım və Heydər əl-Abadinin görüşü çərçivəsində, bölgədə sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə Türkiyə ilə İraq arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunacaq.
Həmçinin, İraq Kürd Muxtariyyatındakı qeyri-qanuni referendumdan sonra baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq və bu istiqamətdə birgə addımlar atılacaq.