İraqlı nazirdən qəribə açıqlama: “İŞİD-ə xərcləyəcək pulumuz yoxdur”

-irak-in-isid-e-harcayacak-parasi-yok--6062899Ölkəsi İŞİD-lə ölüm-dirim savaşında olan İraqın baş naziri Heydər əl-İbadi qəribə açıqlama verib.

Yenicag.az  xəbər verir ki, nazir, dövlət xərclərinin artması səbəbiylə  İŞİD-lə mübarizədə ordunu bütün silahlarla təmin edə bilməyəcəklərini deyib.

“İŞİD-lə mübarizə üçün silahlı qüvvələrə və Şiə milis dəstələrinə hər cür silah verməyimiz mümkünsüzdür. Hərbi və dövlət xərcləri arasında balans yaratmağa çalışırıq”- deyə əl-İbadi qeyd edib.

Baş nazir həmçinin bildirib ki, neft gəlirləri ölkənin bütün ehtiyaclarını qarşılamır. Bu səbəbdən də o, yeni islahatlara başlamağın zəruri olduğunu vurğulayıb.