!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İrəli" İctimai Birliyi 2019-cu ilə yekun vurdu: Təşkilatın hesabat konfransı keçirildi – FOTOLAR-VİDEO

!Reklam – Yazi

Regionun ən böyük və peşəkar gənclər qurumlarından biri olan “İrəli” İctimai Birliyinin təşkilat olaraq 11, hərəkat olaraq, fəaliyyətinin 16 ili tamam olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan himninin ifasından sonra giriş nitqi söyləyən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov rəhbərlik etdiyi təşkilatın öz fəaliyyəti dövründə ölkə maraqlarını daim ön planda saxladığını, gənclərin ictimai həyatda fəallığının artırılmasına xüsusi diqqət yetirdiyini vurğulayıb:

“Bu gün cənab prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli islahatlar gənclər sektorunda da ciddi canlanmaya səbəb olub. Xüsusilə, dövlət başçımızın gənc kadrların dövlət idarəçiliyində önə çəkilməsi istiqamətində verdiyi mühüm qərarlar ölkə rəhbərliyinin ölkə gəncliyinə verdiyi ən mühüm qiymət, dəyərdir.

Cənab prezidentin gənclərə inam və böyük etimadından ruhlanan gənclərimiz, o cümlədən “İrəli” fəalları daha böyük əzmlə çalışaraq, dövlətçiliyimizin möhkəmlənməsi, ölkəmizin inkişafına öz töhfələrini verməyə davam edirlər”.

Mirhəsən Seyidov qeyd edib ki, “İrəli” İctimai Birliyi ölkəmizin hüdudlarından kənarda da uğurlu fəaliyyət həyata keçirir, gənclərimizin inkişafına dəstək verir:

“Hesabat dövrü ərzində təşkilatımızın dəstəyi ilə onlarla gəncimiz müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil edib, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini veriblər. Cənab prezident İlham Əliyevin doğum günündə – 24 dekabrda yaradılan təşkilat 11-ci ildönümünü cəbhə bölgəsində xidmət edən əsgərlərimizlə birlikdə qeyd edib”.

MirHəsən Seyidov əlavə edib ki, təşkilat növbəti ad gününü Tərtərdə yerləşən N saylı hərbi hissədə keçirib:

“Hərbi hissə rəhbərliyi, şəxsi heyətlə görüşdük, əsgərlərimizin hərbi xidməti üçün yüksək səviyyədə yaradılan şəraitlə tanış olduq. Bir daha əmin olduq ki, Vətənimizin keşiyində cəsur, mərd əsgərlərimiz dayanır.

Ordumuz torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazırdır. O gün heç də uzaqda deyil. Biz inanırıq ki, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ və ətraf 7 rayon öz həqiqi sahibinə qayıdacaq, ölkəmizin ərazi bütövlüyü tam bərpa olunacaq”.

Mirhəsən Seyidovun nitqindən sonra “İrəli” İctimai Birliyinin son 1 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və İdman Məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektor müdiri Fuad Babayev çıxış edərək, təşkilatın bu müddət ərzində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndiriblər.

Daha sonra konfransda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, o cümlədən, təşkilatla səmərəli əməkdaşlıq edən qurum rəhbərləri təltif olunublar.

Tədbirdə dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları, media qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, gənc fəallar iştirak ediblər.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi 2003-cü il avqustun 26-dan etibarən, gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsindən yaxından iştirak və gənclərin inkişafına nail olmaqdır.

 

Gülşən Şərif
Cavid Qaçayev

www.yenicag.az

1374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv