!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İrəli” İctimai Birliyi ilin yekunları ilə bağlı hesabat konfransı keçirdi - FOTO

!Reklam – Yazi

Dekabrın 25-də “İrəli” İctimai Birliyi cari ildəki fəaliyyətinin yekunlarına dair videokonfrans keçirib.

“İrəli” İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 300-ə yaxın gəncin qatıldığı videokonfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının, media qurumlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan videokonfransda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda əvvəlcə “İrəli” İB-nin baş katibi Fatimə Məsimli qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, fəaliyyətində milli maraqlara söykənən təşkilat gənclərdə vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda fəallığının artırılmasına xüsusi diqqət yetirir. Qeyd olunub ki, yeni növ koronavirus pandemiyası şəraitində fəaliyyətini virtual məkanda davam etdirən “İrəli” İB onlayn formatda silsilə layihələr həyata keçirib və hazırkı hesabat konfransı da bu onlayn fəaliyyətin bir təzahürüdür.

Sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbir iştirakçılarını Qələbə münasibətilə təbrik edib və qeyd edib ki, “İrəli” İB hər zaman vətənpərvərliklə bağlı layihələri ilə seçilib.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov bildirib ki, “İrəli” İB-nin ana xətti vətənpərvərlikdir və birlik bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Təşkilatın Vətən müharibəsi dövründəki fəaliyyətini vurğulayan H.Nəsibov “İrəli” İB-nin sədri Şahin Rəhmanlının döyüşlərdə iştirakının ölkə gəncliyi üçün də bir nümunə olduğunu vurğulayıb. O, Vətən müharibəsində əldə edilmiş böyük qələbənin ulu öndər Heydər Əliyevin müdrik siyasəti və Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli fəaliyyətinin nəticəsi olduğunu bildirib.

Qeyd edilib ki, iqtisadi, siyasi, daxili və xarici siyasət, eyni zamanda, xalq və dövlət birliyinin qorunması və möhkəmlənməsi üçün atılan addımların təzahürü olaraq 44 gün ərzində torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, “İrəli” İB-nin sabiq sədri Mirhəsən Seyidov deyib ki, Birlik daim öz fəaliyyətində ölkəmizin maraqlarını ön planda saxlayıb, gənclərin vətənpərvər ruhda yetişməsinə xüsusi diqqət yetirib. M.Seyidov Azərbaycan Prezidentinin gənclərə inamından və böyük etimadından ruhlanan gənclərin, o cümlədən “İrəli” İB-nin daha böyük əzmlə çalışaraq dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına töhfə verəcəyini vurğulayıb.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov regionun ən böyük və peşəkar gənclər təşkilatlarından olan “İrəli” İB-nin fəaliyyətinin 12-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. F.Cəfərov qurumun Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi, gənclərin inkişafına dəstək verilməsi işinə mühüm töhfələr verdiyini vurğulayıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, birliyin müxtəlif səpkidə həyata keçirdiyi layihələr hər zaman ölkə gəncliyinin inkişafına yönəlib.

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “İrəli” İB-nin bütün istiqamətlər üzrə uğurlu fəaliyyətini, XXI əsrdə informasiya müharibəsində gördüyü işləri yüksək qiymətləndirib.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı “İrəli” İB-nin təqdirəlayiq işlər gördüyünü qeyd edib və işğaldan azad olunan Vətən torpaqlarında da uğurlu fəaliyyət həyata keçirəcəyinə əminliyini bildirib.
Çıxış edənlər “İrəli” İB-nin sədri Şahin Rəhmanlını Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunması münasibətilə təbrik edib, qurumun gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Konfransın sonunda “İrəli” İB-nin sədri Şahin Rəhmanlı çıxış edərək Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunduğu üçün Müzəffər Ali Baş Komandana təşəkkürünü bildirib və bunun döyüşlərdə iştirak edən Azərbaycan gənclərinə verilən dəyərin bariz nümunəsi olduğunu vurğulayıb. “İrəli” İB-nin növbəti illərdə də gənclərin inkişafı üçün çalışacağını, görülən işləri davam etdirəcəklərini bildirən sədr qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin bilik və bacarığını, elmi potensialını səmərəli şəkildə reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edir, ölkəmizin dayanıqlı inkişafını şərtləndirir.
Ş.Rəhmanlı çıxışının sonunda vətənpərvər ölkə gənclərini ictimai fəallığa, təşəbbüskarlığa, sağlam həyat tərzi keçirməyə və daim dövlətçiliyimizin keşiyində durmağa səsləyib.
Videokonfransın sonunda müxtəlif nominasiyalar üzrə qaliblər elan olunub.

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv