!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İRƏLİ” “SAY:Green” layihəsinə start verir

!Reklam – Yazi

11777996_1047004592006080_2051811735_nGənclərlə bağlı müntəzəm maarifləndirmə tədbirləri həyata keçirən “İRƏLi” İctimai Birliyi Avropa Oyunlarından öncə hazırlanmış konsepsiya əsnasında ərsəyə gələn SAY (Support of Azerbaijan Youth) hərəkatının növbəti tədbirini reallaşdıracaqdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və İRƏLİ İctimai Birliyinin təşkilatçılığı ilə SAY hərəkatının ikinci fəaliyyəti çərçivəsində təşkil olunacaq düşərgədə gənclər açıq havada qurulacaq yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirəcək və eyni zamanda təşkil olunacaq səmti müəyyən etmə, dağa dırmanma və müxtəlif ekstrim idman növləri üzrə yarışlarda özlərini sınayacaqlar. Düşərgə zamanı gənclərə Azərbaycanda aparılan könüllü hərəkatı üzrə xüsusi təlimçilər, səmti müəyyən etmə, dağçılıq, atıcılıq, velosiped idmanı, ekoloji maarifləndirmə üzrə xüsusi təlimlər və təcrübə proqramları təşkil olunacaqdır.

Layihənin əsas məqsədi düşərgə zamanı təbiətin insan tərəfindən çirkləndirməsinin mümkün qədər aradan qaldırılması və gənclərə sosial məsuliyyəti öyrədərək gələcəkdə böyük ekoloji problemlə qarşılaşmamaq üçün onlara sağlam həyat prinsiplərini aşılamaqdır.
Layihə 04.08.2015 – 09.08.2015 Gəncə şəhərinin Hacıkənd qəsəbəsində keçiriləcək.
Düşərgədə iştirak müraciət əsnasında həyata keçirilir. İştirak üçün hazırlanmış mövcud ərizə formasına daxil olmaq və doldurmaq kifayətdir. Qeyd edək ki, seçim zamanı təbiətin qorunmasında ekoloji prinsiplərin önə çəkilməsində maraqları ola biləcək 100-ə yaxın gəncin seçilməsi nəzərdə tutulmuşdur.
Müraciət üçün: https://docs.google.com/forms/d/1o97TQ4sI35EOk8CFuaF-1BOav9LjEqLb-6LiUi6R0w0/viewform
Qeyd edək ki, İRƏLİ İctimai Birliyi tərəfindən həyata keçirilən SAY hərəkatı ilk tədbirini Avropa Oyunlarına dəstək istiqamətində könüllülərin dəstəyi üçün həyata keçirmişdir.

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv