Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İrəli sürülən aktual təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu xeyli arıtırb” - Qabil Hüseynli

Reklam: High Technic

“Bölgənin lider dövləti sayılan Azərbaycan artıq beynəlxalq münasibətlərdə ciddi və aktiv rol oynayır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə baş tutan qurumun Təmas Qrupu formatında Zirvə görüşünün təşkili və nəticələrini dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan prezidentinin xüsusilə, son dövrlərdə müxtəlif vacib platformalıarda atdığı addımlar beynəlxalq aləmdə rəğbətlə qarşılanır:

“Ölkə prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının 3 il müddətinə sədrlik funksiyasını həyata keçirir və bu dönəmdə çox ciddi təşəbbüslərlə çıxış edib. Onun çox mühüm təşəbbüslərindən biri də koronavirusla mübarizə məqsədilə hərəkatda təmsil olunan ölkələrin imkanlarını səfərbər etmək və həmin dövlətlərin pandemiya əleyhinə ümumi platformasını razılaşdırmaqdır. Bu çərçivədə əsas məqsəd “COVİD-a qarşı birlikdə mübarizə aparaq” şüarı altında Hərəkatı koronavirus bəlasına qarşı səfərbər etmək idi və buna da böyük ölçüdə nail oldu.

Qeyd edək ki, Hərəkatın Azərbaycanın sədrliyi dönəmində baş tutan ikinci Zirvə toplantısına 40-dan artıq ölkənin nümayəndələrindən ibarət Təmas Qrupu üzvlərinin, BMT baş katibinin Baş Məclis üzrə müavini və Avropa İttifaqı təmsilçisinin qatılması, eyni zamanda, BMT baş katibinin videomüraciəti onu göstərdi ki, Azərbaycan dünya miqyaslı bir oyunçuya çevrilib.

Bölgənin lider dövləti hesab olunan Azərbaycan artıq beynəlxalq münasibətlərdə ciddi və aktiv rol oynayır. Bu, ölkə prezidentinin çevik siyasətçi kimi taktiki gedişləri və uzaqgörənliyi ilə bağlıdır. Videokonfrans göstərdi ki, ölkəmiz bu hərəkatın potensialından həmin dövlətlərin ümumi faydası üçün yararlanmaqla yanaşı, beynəlxalq münasibətlərdə neqativ tendensiyaların aradan qaldırılması, beynəlxalq hüquq normalarının tətbiq edilməsi istiqamətində səylərini daha da gücləndirir.

Zənnimcə, Azərbaycan Qoşulmama Hərəkatına üzv olduğu dövrdən bəri beynəlxalq arenada ölkənin sanbalı kifayət qədər artıb, ölkənin siyasi imici ölçüyəgəlməz dərəcədə yüksəlib və bu gün rəsmi Bakı qlobal münasibətlərin fəal oyunçusu kimi bu təşkilatlara yeni çalarlar əlavə etməkdədir”.

Aqil Bəkir

Loading...

www.yenicag.az

1190
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100