“İrəli” yeni sədr seçdi

“İrəli” İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, 2008-ci il, 24 dekabr tarixində prezident İlham Əliyevin doğum günündə təsis olunan “İrəli” İctimai Birliyi 10-cu il dönümünü qeyd edib.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda təşkilatın 4 illik fəaliyyəti öz əksini tapıb. “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov 2016-2018-ci illərdə baş tutan fəaliyyəti haqqında hesabat verib.

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edərək bildirib ki, “İrəli” İB olaraq fəaliyyət dövründə ölkə maraqlarını daim ön planda saxlamağa çalışıblar:

“Biz komanda olaraq ölkə gəncliyinin sağlam, intelektual şəkildə yetişməsini əsas tutaraq onları dəstəkləyirik. Onların nümunəvi şəxsiyyət olaraq formalaşmasına dəstək olmağa çalışmışıq. “İrəli” İctimai Birliyi 2018-ci ildə keçirilən prezident seçkilərində İlham Əliyevin seçki kompaniyasına dəstək verərək fəallığı ilə seçilib.

“İrəli” həç zaman Qarabağ problemini unutmayıb, işğal olmuş torpaqlarımızı daim diqqətdə saxlayır”.

“İrəli” İctimai Birliyinin fəaliyyəti haqqında millət vəkili Ülvi Quliyev çıxış edib.

Ülvi Quliyev bildirib ki, təşkilatın hesabatı qənaətbəxşdir:

“İrəli” İctimai Birliyinin fəaliyyəti, həyata keçirdiyi layihələrin hamısı uğurludur. İnanıram ki, yeni uğurlara imza atacaqsınız”.

Çıxışlar bitdikdən sonra təşkilatın idarə heyətinə namizədlər haqqında hazırlanan videoçarx təqdim edilib. Açıq əsvermə yolu ilə idarə heyəti və sədr təstiqlənib. MirHəsən Seyidov “İrəli” İctimai Birliyinin sədri seçilib.

MirHəsən Seyidov sədr seçildikdən sonra bildirib ki, növbəti iki ildə daha çox çalışacaq və fəaliyyəti genişləndirəcəklər.