Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“İrəli”də “Marş İrəli” başa çatdı

MirHəsən Seyidov: “Hər birimiz Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin bir əmrini gözləyirik. İstər sülh, istərsə də müharibə yolu ilə biz torpaqlarımızı azad edəcəyik”.

Yenicag.az xəbər verir ki, “İrəli” İctimai Birliyi tərəfindən Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhu ilə yetişməsi məqsədi ilə keçirilən “Marş : İrəli” layihəsi başa çatıb.

Ağdam rayonunda keçirilən layihənin bağlanış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov və “İrəli” İB işçi heyəti, layihə iştirakçıları N saylı hərbi hissəyə, həmçinin ön cəbhədə yerləşən postlara ziyarət edərək vətənimizin keşiyində, əllərində silah səngərdə dayanıb hər bir qarış torpağımız üçün canlarından keçə biləcək mərd oğullarımızla görüşüblər.

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov əsgər və komandir heyətini salamlayaraq bildirib: “Məlumdur ki, çox şərəfli peşənin sahibləri olan siz, vətənimizin keşiyində dayanmadan, gecə-gündüz növbədəsiniz. Düşmənlə burun-buruna ərazi bütövlüyümüzü qorumaq üçün əlinizdə silah səngərdə dayanmısınız. Qarlı qış ayı, isti yay demədən şərəfli forma əyninizdə, silah belinizdə vətənimizi qoruyursunuz. Günü gündən sürətlə inkişafda olan Azərbaycanın bu cür şəxsi heyətinin olması məni bir Vətəndaş olaraq sevindirir. Gənclərdə vətənpərvərliyin yüksək səviyyədə olduğunu görmək qürurverici hisdir. 6 gün davam edən layihə çərçivəsində Hərbi And səsləndirilib. “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov və “İrəli” İB işçi heyəti, layihə iştirakçıları Quzanlı qəsəbəsində Bayraq Meydanını ziyarət ediblər. Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların dəfn olunduğu məzarlığa gedərək şəhidlərin abidəsi önünə gül dəstələri qoyublar. Gənclər fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında gənclərin aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaq məqsədi ilə həyata keçirilən layihədə qeyd edilən bacarıqlara sahib olublar. Gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlıqla tanış olublar.

“MARŞ İRƏLİ” – ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir.

“Marş : İrəli” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN), Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.

www.yenicag.az

569
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS