Uzun müddət “anoreksiya” xəstəliyindən əziyyət çəkən Türkiyənin məşhur müğənnisi İrem Derici çətin günləri geridə qoyub.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Selami Şahinin oğlu Lider Şahindən ayrıldıqdan sonra xəstəliyə düçar olan 31 yaşlı müğənni özündən 5 yaş kiçik sevgili tapıb.
Onun yeni sevgilisi “Best Model of Turkey” müsabiqəsində məşhurlaşan 26 yaşlı yaraşıqlı aktyor Murat Yağcıdır.
1.95 santimetrlik boyu ilə diqqətləri cəlb edən Murat mediaya açıqlamasında boyu 1.80-dən kiçik olan xanımla sevgili olmayacağını bildirmişdi.
Amma görünür, sevginin gözü doğrudan da kordur. O, 1.67 santimetr boyu olan müğənni ilə olduqca xoşbəxtdir.
Qeyd edək ki, müğənni aktyorla olan münasibətini təsdiqləyib.