!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İrəvan-100” kitabı arxiv sənədləri və tədqiqatlar əsasında hazırlanıb

!Reklam – Yazi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “İrəvan-100” kitabı çapdan çıxıb.

ETİ-dən Yenicag.az-a bildirilib ki, nəşr Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Britaniyanın arxiv sənədləri, tədqiqatlar əsasında hazırlanıb. Nadir fotolar və xəritələrin yer aldığı kitab “Erməni psixologiyası” və “Erməni xəstəliyi” bölmələri ilə başlayır. Müəllif bu mövzulara müraciət etməklə Azərbaycan xalqına düşmən kəsilən ermənilərin psixoloji və tibbi durumunu tədqiq edib. Bu hissənin hazırlanmasında həm xarici, həm də yerli psixoloq və həkimlərlə müzakirələr aparılıb.

Nəşrdə “İrəvanın tarixi”, “Gülüstan müqaviləsi (1813)”, “Türkmənçay müqaviləsi (1828)”, “Batum konfransı və beynəlxalq münasibətlər”, “Cənubi Qafqazda böyük güclərin maraqları” və “İrəvanın güzəşti” mövzularında məlumatlar yer alıb.

Müəllif bildirib ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb. İrəvan ermənilərin Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. Kitabda bu məsələlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında sonradan İrəvanın taleyi və hüququ statusu ilə bağlı danışıqlar və sənədlər öz əksini tapıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

www.yenicag.az

5104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv