!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

”İrəvan – 2018” Hərəkatı “Monoetnik dövlət: Ermənistan” adlı dəyirmi masa keçirib – FOTOLAR

!Reklam – Yazi

37446-4-15062016154808723“Beynəlxalq İnformasiya və Tədqiqatllar İnstitutu” İctimai Birliyinin (BİTİ) təsis etdiyi “İrəvan – 2018” Hərəkatı “Monoetnik dövlət: Ermənistan” adlı dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə açan toplantının aparıcısı, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı tədbirin önəmli bir tarixdə – 15 iyun Qurtuluş günündə keçirildiyini xüsusi ilə vurğulayıb. Azərbaycan himni oxunduqdan, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Daha sora BİTİ-nin sədri və “İrəvan – 2018” Hərəkatının təsisçisi Zaur Qəriboğlu çıxış edərək təşkilatın məqsəd və vəzifələri haqqında danışıb. O bildirib ki, dəfələrlə öz əbədi və əzəli torpaqlarında yaşayan qərbi azərbaycanlılara qarşı deportasiya və soyqırımı həyata keçirən cinayətkar Ermənistan rejiminin “fəaliyyəti” nəticəsində bu gün həmin ölkədə bir nəfər də olsun digər etnosların nümayəndələri yaşamır:

“1988-ci ildə azərbaycanlılar kütləvi şəkildə öz tarixi torpaqlarından zorla köçürüldülər. Bu gün ermənilər bizə torpaq iddiası ilə çıxış edirlər. Amma onlar bir məqamı unudurlar ki, hətta onların hazırda paytaxt kimi istifadə etdikləri İrəvan şəhəri belə tarixi Azərbaycan torpağıdır. “İrəvan – 2018” Hərəkatı bu yöndə fəaiyyətlərini davam etdirəcək”.

Hərəkatın sədr müavini Oktay Hacımusalı çıxış edərək bildirib ki, bu gün dünyanı informasiya idarə edir:

“Bir çoxları informasiya müharibəsi haqqında danışır. Danışılması bir yana, informasiya müharibəsi aparılmasını deyir. Biz bilirik ki, Ermənistdanda xunta rejimidir. Hakimiyyət riçaqlarını əlində saxlamaq üçün Dağlıq Qarabağ danışıqları onsuz da uzanacaq. 4 günlük müharibə dönəmində cəbhə bölgəsində birmənalı şəkildə millətlə ordunun çox böyük vəhdətinin şahidi olduq. Həmin o kütlənin qarşısı alınmasaydı, bəlkə də bu gün o ruh yüksəkliyi ilə Qərbi Azərbaycana qədər gedərdik. Sadəcə külü bir az üfürmək lazımdır ki, köz yenidən alışsın. “İrəvan – 2018” Hərəkatı da məhz bu missiyaya xidmət edir. Burda hər kəs bir arada olmalıdır. Biz bu yöndə sosial şəbəkədə çox böyük iş aparırıq. Çalışırıq ki, hər bir siravi vətəndaş sosial media və internet resursları vasitəsi ilə hərəkatımız haqqında məlumat əldə edə bilsin. Bu məsələdə bir vahid mövqedən çıxış etməliyik”.

Azərbaycan “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək kimliyindən asılı olmayaraq, hər kəsi bu vahid ideya ətrafında birləşməyə dəvət edib:

“Bu gün Ermənistanda bircə nəfər belə olsun nəinki azərbaycanlı, heç digər millətlərin nümayəndələri də yaşamır. Bu isə regionumuz və bütövlükdə tərəqqipərvər dünya üçün olduqca təhlükəli bir haldır. Biz hamımız “İrəvan – 2018” Hərəkatının ətrafında sıx şəkildə birləşməliyik”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə çıxışında ermənilərin illərdir bu yöndə çalışdıqlarını bildirib:

“Amma bu bizi ruhdan salmamalıdır. Düşmən bilməlidir ki, onun qarşısında güclü, vahid bir Azərbaycan var. Bu yöndə biz QAT olaraq “İrəvan – 2018” Hərəkatına və bu sahədə çalışan istənilən təşkilata dəstək verməyə hazırıq”.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rızazadə isə çıxışında bu düşüncənin ona çox doğma olduğunu bildirib:

“Mən də, rəhbəri olduğum təşkilat da illərdir bu sahədə çalışırıq. Ona görə də bu yöndə istənilən fəaliyyəti alqışlayırıq”.

Daha sonra “İrəvan – 2018” Hərəkatının hazırladığı “Varmıdır bu həsrətin sonu?” filmi təqdim olunub.

Sonda hərəkatın adından BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına soydaşlarımızın öz tarixi torpaqları olan Qərbi Azərbaycandan deportasiyası ilə bağlı müraciət olunub.

www.yenicag.az

855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv