İrəvan Azərbaycana qarşı daha bir iddia qaldırmaq istəyir

İrəvan “Qarabağ sakinlərinin mülkiyyət hüququnun bərpası” məsələsi ilə bağlı Bakıya qarşı dövlətlərarası iddia qaldırmağa hazırlaşır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinin mətbuat katibi Hasmik Samvelyan bildirib.

“Hələlik konkret tarixlər yoxdur, lakin bu, yaxın gələcəyin məsələsidir”, – Samvelyan qeyd edib.

Qeyd edək ki, Ermənistanın bundan əvvəl Azərbaycanla bağlı BCM-də qaldırdığı əsassız iddialar rədd edilib.