“İrəvan ilə Bakı arasında münaqişə uzun illərdir ki, davam edir”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib.
O bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir:
“Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur – red.) münaqişəsinə son qoyulmalıdır. Sentyabrdan Qarabağdakı vəziyyətlə bağlı Paşinyanla daimi təmasdayıq. Eegion ətrafında təhlükəsizlik vəziyyəti çox həssas məsələ olaraq qalır”.