İrəvan indi də ABŞ-ın hesabına AES tikir

Ermənistan yeni AES tikintisi prosesində mühüm mərhələyə keçib.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, hazırda ABŞ-la bu layihənin hüquqi bazasının tənzimlənməsi ilə bağlı müzakirələr aparılır:

“Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı çoxməzmunlu mərhələyə qədəm qoymuşuq. Hazırda ABŞ-la hüquqi bazanın tənzimlənməsi məsələsini müzakirə edirik. Top hazırda ABŞ-ın sahəsindədir”.

Qeyd edək ki, Ermənistandakı Metsamor AES Rusiyanın nəzarətindədir./axar.az

COP29