İrəvan konstitusiyanı DƏYİŞİR? – “Parlament seçkilərinə qədər…” – VİDEO

“Beynəlxalq təzyiq onsuz da yoxdur, Azərbaycan isə bu istiqamətdə Ermənistan təzyiqi davam etdirməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev deyib.

Ermənistanda 2026-cı ilə qədər keçiriləcək referendumda Azərbaycana qarşı ərazi iddiaları məsələsində qərar qəbul olunması ehtimallarından danışan millət vəkilinin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın hazırkı məqsədi zaman qazanmaqdır.

“O, növbəti seçkilərə qədər sözügedən məsələləri uzatmağa çalışır. 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər Paşinyanın konstitusiya ilə bağlı hansısa qərar qəbul edəcəyi düşünülmür”, – deyə o bildirib.

Ətraflı tam olaraq videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov