Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirlərinin Almatıda keçirilən iclasında iştirak etmir.
Yenicag.az xəbər verir ki, bu barədə təşkilatın katibliyindən bildirilib.
“Lakin görüşdə qəbul edilən qərarlara etiraz bildirməyəcək”.
Qeyd edək ki, hazırda Almatıda KTMT müdafiə nazirlərinin görüşü baş tutur. Görüşdə Qazaxıstan, Rusiya, Belarus Qırğızıstan və Tacikistan müdafiə nazirliklərinin rəhbərləri iştirak edir.