İrəvan meri istefa verdi

İrəvan meri Hraçya Sarkisyan vəzifəsindən istefa verib.

Yenicag.az Unikal-a istinadən xəbər verir ki, bunun üçün mart ayının 17-də bələdiyyənin bütün şöbə müdirlərinin iştirak edəcəyi iclas çağırılıb.

Qeyd edək ki, İrəvan meri vəzifəsi sentyabr ayına qədər boş qalacaq, növbədənkənar seçkilərlə bağlı qərar yoxdur.