İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var

İrəvan meriyasının bir neçə əməkdaşı saxlanılıb.

Yenicag.az-ın xəbərinə görə, bunu qurumun mətbuat katibi Ayk Kostanyan “Facebook” hesabında yazıb.

O, saxlanılanların kimliyini açıqlamayıb:

“Meriya qanunvericiliklə müəyyən edilmiş prosedurlara dəstək verilməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir”./apa