İrəvan-Moskva reysində əlbəyaxa dava

Sentyabrın 18-də saat Ermənistanın “Zvartnots” hava limanında əlbəyaxa dava baş verib. 

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd olunub ki, İrəvan-Moskva reysinə minərkən sərnişinlə aviaşirkətlərdən birinin iki əməkdaşı arasında mübahisə düşüb. Həmin vaxt onlar bir-birini vurub, söyüblər. Buna görə də hava limanının steril zonasında normal iş pozulub.

Ermənistan Daxili İşlər Nazirliyinin polis bölməsindən verilən məlumata görə, mübahisənin hər üç iştirakçısı tutularaq hazırlanmış sənədlərlə birlikdə istintaq idarəsinə təqdim edilib.

Faktla bağlı araşdırma aparılır./unikal

COP29