İrəvan “Nikol satqındır” şüarları ilə silkələnir

Ermənistanın paytaxtı İrəvanda kütləvi etiraz aksiyası başlayıb.

Yenicag.az “Sputnik”ə istinadən xəbər verir ki, meydana toplaşan ermənilər ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edərək “Nikol satqındır” şüarları səsləndirirlər.

Onlar Ermənistan hakimiyyətindən qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması üçün konkret addımlar atmağı tələb edirlər.