“Əgər düzgün və ağıllı hərəkət etməsələr, törətdikləri kiçikçaplı təxribatlar öz başlarında çatlayacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın sülh prosesinin davam etdiyi bir zamanda təxribata əl atmasının nə ilə nəticələnəcəyi barədə fikirlərini deyən politoloq Əlabbas Məhərrəmli deyib.
Onun sözlərinə görə, sülh prosesinin davam etdiyi dövrdə Ermənistanın təxribat törədəcəyi ilə bağlı yayılan fikirlər heç də səbəbsiz deyil.
“Çünki Ermənistan uzun illər apardığı siyasət hər zaman ehtiyatlı olmağı zəruri edir. İndidən sonra da güvənmək olmaz, nəticə olaraq hələ də bu kimi ehtimallar qalmaqdadır. Hazırkı dövrdə İrəvanın çox kiçik təxribatlara əl atması mümkündür. Əgər düzgün və ağıllı hərəkət etməsələr, törətdikləri kiçikçaplı təxribatlar öz başlarında çatlayacaq. Niyə kiçik? Çünki təxribat törətmək özü də asan iş deyil. Qarşılarında qalib ölkə, güclü Azərbaycan dayanıb. Bir sözlə, təxribatları istisna etmək olmaz, buna görə də ayıq-sayıq olmaq vacibdir. Ancaq etsələr belə, yenə istəklərinə çata bilməyəcəklər. Başqa yol yoxdur, sülh prosesi Azərbaycanın şərtləri daxilində sona çatmalıdır və müqavilə imzalanmalıdır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli