“KTMT-dən çıxmağı heç kim istisna etmir, amma bunun səbəbləri məlumdur və KTMT bunun üçün hər şeyi edir”.
Yenicag.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Alen Simonyanın sözlərinə görə, Ermənistan 9 noyabr sənədindən imtina etmək fikrində deyil.
Spiker Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın müvafiq bəyanatını da şərh edib: “Hesab edirəm ki, Ermənistanla təhdid dilində danışmaq çox yanlış məntiqdir. Biz KTMT-də idik və başqa ölkənin Ermənistana hücumunun şahidi olduq. Ermənistanda heç bir anti-Rusiya kampaniyası aparılmırdı. Mücərrəd bir misal verim. Mən sizə hücum etsəm, siz də mənə müqavimət göstərsəniz, bu, anti-Rusiya kampaniyası deyil”./unikal