Moskvadan İrəvana uçan təyyarə əyləc sistemindəki nasazlıq səbəbindən “Jukovski” aeroportuna enməli olub.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“WZ4325 (Moskva-İrəvan) reysini həyata keçirən təyyarə əyləc sistemindəki nasazlıq səbəbindən “Jukovski” aeroportuna enib. “Sukhoi Superjet” hava gəmisinin hava limanına qayıtmasına qərar verilib”, – məlumatda qeyd olunub./Axar.az/