!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvana və Xankəndi separatçılarına dünyadan TƏRS SİLLƏ: Qondarma “seçkiləri” heç kim tanımır

!Reklam – Yazi

Beynəlxalq ictimaiyyət Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində bu il martın 31-də keçirilmiş qondarma “prezident və parlament seçkilər”ini qətiyyətlə rədd edir.

Xankəndindəki separatçı rejimin “özünütəsdiq” istiqamətində atdığı növbəti addım tam iflasla nəticələnib. Separatçıların bütün ciddi-cəhdlərinə baxmayaraq, dünya birliyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşaraq, bu il martın 31-də keçirilmiş qondarma “seçkiləri” tanımayaraq, beynəlxalq hüquqa hörmətlə yanaşdıqlarını göstəriblər.

Dağlıq Qarabağ separatçılarının ötən dövrlərdə keçirilmiş seçkilərə beynəlxalq aləmin münasibətinin birmənalı olmadığını xatırlasaq, 31 mart “seçkilərinə” münasibətdə ifadə olunan beynəlxalq reaksiya müsbət qiymətləndirilməlidir.

Çox əlamətdar haldır ki, separatçıları haqqında danışılan “seçkiləri”ni tanımayan ölkələrin və beynəlxalq təşkilatların sayı bu dəfə xeyli çoxdur. Dağlıq Qarabağdakı işğalçı rejimin keçirdiyi qondarma “seçkiləri” birmənalı olaraq tanımayan ölkə və qurumların siyahısına nəzər saldıqda, bunu açıq görmək mümkündür.

Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran Kanada, Avstraliya, NATO, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası (TürkPA), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası və başqa qurumlar.

Siyahıda qardaş Türkiyə və Azərbaycanla yaxın münasibətləri olan başqa digər dövlətlərin də yer alması rəsmi Bakının İrəvanın işğalçılıq siyasətinə qarşı yürütdüyü ardıcıl siyasətin artıq daha geniş miqyasda dəstəklənməsi anlamına gəlir.

Qeyd olunan ölkələrin və beynəlxalq təşkilatların 31 mart “seçkiləri” ilə əlaqədar verdikləri bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünə dəstək bildirilir və separatçıların “siyasi özfəaliyyəti” qeyri-legitim hesab olunur. Beynəlxalq aləmin bu qiymətləndirməsi sözügedən “seçkilər”in heç bir hüquqi qüvvəyə malik olmadığını bir daha təsdiqləyir.

Eyni zamanda, qondarma “seçkilər”in nəticələrinin davam edən danışıqlar prosesinin gedişini və bölgənin statusunu öncədən müəyyənləşdirmədiyi diqqətə çatdırılır. Bu barədə mövqe bildirən dövlətlərin verdikləri bəyanatlarda münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək fikirləri yer alır.

Separatçıların qondarma “seçkiləri”nə beynəlxalq reaksiyalar sırasında tərkibində Avropa, Asiya, Afrika, Latın Amerikası, Okeaniyadan 120 dövləti birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının yaydığı kommünikeni xüsusi qeyd etmək olar. Qoşulmama Hərəkatı yuxarıda göstərilən mesajlardan əlavə, ərazilərin güc yolu ilə zəbt edilməsinin yolverilməzliyini və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağını bəyan edib.

Hərəkatın bəyanatında öz əksini tapan həmin “seçkilər”in konstitusional və hüquqi çərçivəsi tanınmır” ifadəsi ilə beynəlxalq ictimaiyyətin verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər.

Bu çərçivədə diqqəti cəlb edən məqamlardan biri də aralarında müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, müxtəlif siyasətçilər tərəfindən verilmiş açıqlamalarda dünyanın hazırda koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olduğu bir dönəmdə separatçı rejimin “seçki” keçirməsi həm də məsuliyyətsiz addım kimi dəyərləndirilir.

Beynəlxalq aləmin separatçı rejimin “seçkilər”inə bu münasibəti dünya ictimaiyyətinin İrəvana göstərdiyi növbəti “qırmızı kart” kimi də qiymətləndirilə bilər. Dünyanın bu yanaşması isə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının etirafıdır.

Beynəlxalq ictimaiyyətin qondarma “seçkilər”ə bu yanaşması Ermənistana vurulan tərs diplomatik “sillə” olmaqla bərabər, İrəvanı ciddi şəkildə sülh danışıqlarında iştiraka və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa çağırış hesab edilməlidir. Bu, həmçinin Qarabağ münaqişəsinin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütovlüyünün tam bərpa olunması ilə aradan qaldırılmasının mümkünlüyünün göstəricisidr.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

1311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv