İrəvanda AKSİYA: Polis etirazçını belə döyür – VİDEO

İrəvanda polisin mitinq iştirakçılarını döyməsi ilə bağlı daha bir videogörüntü yayılıb.

Bu barədə erməni vəkil Raffi Aslanyan “Facebook” səhifəsində paylaşım edib.

“Cinayət-hüquqi qiymətləndirilməyə layiq daha bir video… Əminəm ki, bir polis də həbs edilməyəcək. Çünki bu, qalanlarını nümayişçilərin döyülməsi ilə bağlı dövlət sifarişini yerinə yetirməkdən imtina etməyə məcbur edər”, – deyə Aslanyan bildirib.

Qeyd edək ki, videoda polisin mitinq iştirakçısının başına arxadan bir neçə dəfə zərbə vurması aydın görünür.