!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda aksiyalar səngimir: “Baş prokuror da getsin!”

!Reklam – Yazi

Yüzlərlə nümayişçi Ermənistan Baş prokurorluğunun binasının qarşısında toplaşaraq, bu dəfə baş prokuror Artur Davtyanın istefasını tələb edirlər.

Yenicag.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Biz tələb edirik ki, baş prokuror Davtyan aşağı ensin və bütün bu illər ərzində günahsız insanlara qarşı etdiklərinə görə cavab versin! O, istefaya getməlidir”, – piketin təşəbbüskarlarından olan aktivist və hüquq müdafiəçisi Vardqes Qaspsari tələbi mətbuata açıqlayıb.

Prokurorluğun binasının qarşısına həmçinin keçmiş general Samvel Babayanın tərəfdarları da yığışıb. O, sabiq prezident Serj Sarkisyana sui-qəsdin planlaşdırılmasında şübhəli bilinərək, 2017-ci ildə həbs edilmişdi.

Zaur H.

www.yenicag.az

4206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv