İrəvanda ara qarışdı – Mitinqçilər zorla Prezident Aparatına girdilər

İrəvan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər zorla şəhər administrasiyasının binasına giriblər. Daha sonra isə etirazçılar Prezident Administrasiyasına doğru hərəkət ediblər.

Yenicag.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları merin kabinetinə keçməyə çalışırlar. Polislər və meriyanın əməkdaşları onların qarşısını kəsiblər.

Qeyd edək ki, mer sabiq baş nazir Andranik Marqaryanın oğlu və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra müxalifətə keçən Respublika Partiyasının üzvüdür. Marqaryan 2011-ci ildən bu postu tutur.

Yerevan merinin istefası tələbi ilə etiraz aksiyası ötən həftə başlayıb.

 

Zaur H.

COP29