İrəvanın Şenqavit inzibati rayonunda 38 yaşlı əkiz qardaşlar özlərini yandırmaq məqsədilə üzərlərinə benzin töküblər.
Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, polisdən bildirilib ki, hadisə ilə bağlı zəng sentyabrın 17-də saat 14:40-da daxil olub.
Qardaşlardan biri zəng vuraraq deyib ki, ailədə mübahisə olub, o və qardaşı üzərlərinə benzin töküblər və özlərini yandırmağa hazırlaşırlar. Əkiz qardaşların sui-qəsdə cəhdi ilə bağlı araşdırma aparılır.
Polis digər təfərrüatları açıqlamır.