Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyaları davam edir.
Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, etirazçılar yenidən Rusiya səfirliyinin binasına yaxınlaşmağa cəhd edirlər.
Polis onların qarşısını almaq üçün diplomatik missiyanın binası qarşısında kordon yaradıb.