İrəvanda etirazlar: Ermənistan yenidən seçkilərə gedə bilər – VİDEO

“Nəticə etibarilə Paşinyana qarşı aksiyalar geniş xalq kütlələrini əhatə etmədiyinə görə baş nazirin isefası real görünmür”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanda baş verən aksiyaların baş nazir Nikol Paşinyana necə təsir edəcəyi ilə bağlı firkirlərini səsləndirən politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, iğtişaşlar Rusiya dəstəyi ilə Paşinyanın hakimiyyətdən getməsi üçün təşkil edilir.

“Ancaq onun istefası mümkün deyil. Düzdür, yenidən seçkilərin keçirilməsi planlana bilər. Nəticə etibarilə Paşinyana qarşı aksiyalar geniş xalq kütlələrini əhatə etmədiyinə görə baş nazirin istefası real görünmür”, – deyə politoloq bildirib.

Ətraflı videonu təqdim edirik:

Nəsimi Ələsgərli
Samir Məcidov

COP29