İrəvanda girov əməliyyatından görüntülər – VİDEO

qiyam ani kadrlarrErmənistanın İctimai televiziyası İrəvanda polis bölməsinin qiyamçılar tərəfindən tutulmasını əks etdirən kadrlar yayılıb.

Görüntülərdə, həmçinin Ermənistan hüquq-mühafizə orqanlarının binanın azad olunması istiqamətində apardığı iki uğursuz əməliyyatın görüntüləri də yer alıb.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış radikal müxalifətçi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan da olub.(azvision)